Oyun oynayarkən bombanı işə saldılar:


Dünya 11 May 2019 17:54:00 553 0

Oyun oynayarkən bombanı işə saldılar:

Əfqanıstanın Qəzni əyalətində bomba partlaması nəticəsində azı səkkiz uşaq ölüb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə ölkənin təhlükəsizlik qüvvələri məlumat yayıb. 

Partlayışda daha iki uşağın yaralandığı bildirilir. 

Qeyd edilir ki, uşaqlar oyun oynayan zaman təsadüfən "Taliban" radikal qruplaşmasının yerləşdirdiyi əldəqayırma partlayıcı qurğunu işə salıblar.