"Tüpürdüyümü yalamaq istəmirəm"


Digərləri 11 May 2019 17:45:00 226 0

"Tüpürdüyümü yalamaq istəmirəm"

Bülənt Ərsoy dünən axşam İstanbulun Nişantaşı səmtində iftar edib

Bülənt Ərsoy dünən axşam İstanbulun Nişantaşı səmtində iftar edib.

Son.az ölkə.az-a istinadən bildirir ki, şou məqsədilə edilən təqdimatda tüstü çıxdığı üçün müğənni qorxub.

İftardan əvvəl Bülənt Ərsoy jurnalistlərin suallarını cavablandırıb. Ərsoy Ramazan ayında səhnəyə çıxmadığını, amma bu il istəmədən istisna edə biləcəyini açıqlayıb.

"18 may tarixində konsertim var imiş. Menecerim əvvəlcədən müqavilə imzalayıb. Səhnəyə çıxmasam, külli miqdarda təzminat ödəmək məcburiyyətində qalacam. Tüpürdüyümü yalamaq istəmirəm, bu, məni narahat edir. Görək nə olacaq", - deyə sənətçi bildirib.