Milli Paralimpiya Komitəsi ilə İtaliyanın Paralimpiya İdman Federasiyası arasında əməkdaşlıq memorandumu imzalanıb (FOTO)


Digərləri 11 May 2019 17:47:10 314 0

Milli Paralimpiya Komitəsi ilə İtaliyanın Paralimpiya İdman Federasiyası arasında əməkdaşlıq memorandumu imzalanıb (FOTO)

Bakıda Azərbaycan Milli Paralimpiya Komitəsi (MPK) ilə İtaliyanın Görmə Məhdudiyyətli Şəxslərin Paralimpiya İdman Federasiyası arasında əməkdaşlıq barədə anlaşma memorandumu imzalanıb.

Bakı. Bakıda Azərbaycan Milli Paralimpiya Komitəsi (MPK) ilə İtaliyanın Görmə Məhdudiyyətli Şəxslərin Paralimpiya İdman Federasiyası arasında əməkdaşlıq barədə anlaşma memorandumu imzalanıb. Trend-in məlumatına görə, memorandumu MPK-nın prezidenti İlqar Rəhimov və Federasiyanın prezidenti Sandro Di Cirolamo imzalayıblar. Memorandum hər iki qurum arasında əməkdaşlığın müxtəlif sahələri, o cümlədən təcrübə mübadiləsini, həmçinin paralimpiya idmanı və inteqrasiya sahələrində təlim və seminarların təşkilini nəzərdə tutur. AMPK-nın fəaliyyəti barədə qonaqlara məlumat verən İ.Rəhimov qeyd edib ki, ölkəmizdə inklüziv idmanın inkişaf etdirilməsi üçün mühüm addımlar atılır: "Yaxın günlərdə Azərbaycan paracüdo üzrə beynəlxalq Qran-Priyə ev sahibliyi edəcək. Biz turniri təkcə yarış kimi deyil, idman bayramı kimi təşkil etmək istəyirik. Əlillər ancaq tatami üzərində çıxış etməyəcəklər. Biz onları yarışın təşkilati işlərinə, könüllülük fəaliyyətinə və açılış mərasiminə cəlb etmişik". Ölkəmizdə idmana göstərilən dövlət qayğısından danışan AMPK prezidenti deyib ki, Azərbaycanda paralimpiya hərəkatının inkişaf etdirilməsi istiqamətində mühüm işlər görülür: "Bakıda 2015-ci ildə keçirilən ilk Avropa Oyunlarında, iki il sonra təşkil olunan IV İslam Həmrəyliyi Oyunlarında paralimpiyaçılar da iştirak ediblər. Bu, Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizdə Paralimpiya hərəkatının inkişafına göstərdiyi yüksək diqqətin təzahürüdür".