Azərbaycan İstanbulun yeni hava limanına aviayanacaq tədarükünə başlayıb


Digərləri 11 May 2019 17:07:00 214 0

Azərbaycan İstanbulun yeni hava limanına aviayanacaq tədarükünə başlayıb

SOCAR İstanbulun yeni hava limanına aviasiya yanacağının tədarük olunmasına başlayıb.

Son.az xəbəre verir ki, bunu Trend-ə "SOCAR Turkey" şirkətindən bildiriblər.

Şirkətdən deyiblər ki, yanvar ayından, həmçinin STAR neft emalı zavodu "Petkim" neft-kimya kompleksinə nafta tədarükünə başlayıb.

Qeyd olunub ki, STAR zavodunda sınaq prosesləri başa çatıb və bütün qurğular istifadəyə verilib:

"Bu il STAR neft emalı zavodu 8 milyon ton xam neft emal edəcək. Zavod xam neftin müxtəlif növlərini emal edə bilər. Hazırda emal olunan xammalın böyük hissəsi Rusiyadan olan "Urals" növüdür".