Azərbaycan hərbi helikopterləri Türkiyəyə yola düşüb (FOTO)


Digərləri 11 May 2019 16:43:00 191 0

Azərbaycan hərbi helikopterləri Türkiyəyə yola düşüb (FOTO)

Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri, texniki və uçuş heyəti Konya şəhərindəki aviabazaya yola düşüb.

Bakı. Mayın 13-dən başlayacaq “Anatolian Phoenix-2019” beynəlxalq axtarış-xilasetmə təlimlərində iştirak etmək məqsədilə Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri, texniki və uçuş heyəti Konya şəhərindəki aviabazaya yola düşüb. Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, mayın 24-dək davam edəcək hərbi təlimlərdə Azərbaycan HHQ-nin 2 ədəd Mi-35 və 2 ədəd Mi-17 helikopterləri iştirak edəcək. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin