ABŞ Aya uçacaq kosmik gəmisini təqdim etdi VİDEO


Dünya 11 May 2019 16:31:00 213 0

ABŞ Aya uçacaq kosmik gəmisini təqdim etdi  VİDEO

ABŞ-da Aya uçmaq üçün istifadə ediləcək kosmik gəminin prototipi təqdim edilib

.

Son.az ölkə.az-a istinadən bildirir ki, kosmik aparat "Blue Origin" şirkəti tərəfindən istehsal edilib. Şirkətin rəhbəri Ceff Bezos bildirib ki, "Blue Moon" adlı kosmik gəmi Ayın səthinə ekipaj da daxil olmaqla 3.6-6.5 tona qədər yük apara bilər.

Bundan başqa şirkət "BE-7" mühərrikini də istehsal edir və bu mühərrik modular üçün nəzərdə tutulub.

Modulu Ayın trayektoriyasına raket-daşıyıcı aparacaq. "Blue Moon"un üst qapağında "lunoxod" olacaq. Bezosun fikrinə əsasən, bəşəriyyətin gələcəyi kosmik pekspansiyadadır. Bunun üçün isə əvvəlcə Ayı öyrənmək və orada infrastruktur yaratmaq lazımdır.