Bakıda metronun 4 stansiyasında işıqlar söndü (FOTO)


Digərləri 11 May 2019 15:38:00 230 0

Bakıda metronun 4 stansiyasında işıqlar söndü (FOTO)

"Bakı Metropoliteni"nin 4 stansiyasında texniki problem yaranıb.

Bakı. Samir Əli, Ceyhun Ələkbərov - "Bakı Metropoliteni"nin 4 stansiyasında texniki problem yaranıb. Bu barədə Trend-ə açıqlamasında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. Onun sözlərinə görə, metronun "Nizami", "Elmlər Akademiyası", "İnşaatçılar" və "20 yanvar" stansiyalarının daxili işıqlanmasında problem yaranıb: "Problem təxminən 2 dəqiqə olub və həmin xətt üzrə hərəkət edən qatarların hərəkətində gecikmə yaradıb. Artıq problem aradan qaldlrılıb və qatarlar normal qrafiklə hərəkət edir".