Zelenskinin inaqurasiyası stadionda keçirilə bilər


Dünya 11 May 2019 15:13:00 205 0

Zelenskinin inaqurasiyası stadionda keçirilə bilər

Ukrayna Ali Radasının deputatı Sergey Kaplin Ukraynanın yeni seçilmiş prezidenti Vladimir Zeleskinin inaqurasiya mərasiminin iki mərhələdə keçirilməsi fikrini irəli sürüb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, andiçmə mərasiminin birinci mərhələsinin mayın 19-da Ali Radanın reqlamentinə əsasən parlament zalında, ikincinin isə ictimaiyyətin və başqa dövlətlərdən gələn qonaqların iştirakını təmin etmək üçün iyunun 3-də Kiyevin "Olimpiysk" stadionunda keçirilməsi təklif olunub.

Bundan əlavə, millət vəkili Zelenskinin hər il sözügedən stadionda vətəndaşlar qarşısında illik hesabat verməyi də təklif edib.