I dərəcə əlilliyi olan şəxslərə verilən pensiya ilə bağlı AÇIQLAMA


Digərləri 11 May 2019 14:52:00 178 0

I dərəcə əlilliyi olan şəxslərə verilən pensiya ilə bağlı AÇIQLAMA

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi I dərəcə əlilliyi olan şəxslərə verilən pensiya ilə bağlı bəzi narahatlıqlara aydınlıq gətirib.

Bakı. İlhamə İsabalayeva - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi I dərəcə əlilliyi olan şəxslərə verilən pensiya ilə bağlı bəzi narahatlıqlara aydınlıq gətirib. Trend-in məlumatına görə, Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov bildirib ki, I dərəcə əlilliyi olan şəxslərə qulluq edənlər üçün aprelin 1-dən 50 manat təqaüd təsis edilib: "Bu, o deməkdir ki, həmin şəxslərin əmək pensiyası hesablanarkən onlara qulluq üçün əlavə edilmiş 11 manat məbləğ ayrıca formada 50 manatlıq təqaüdlə əvəz olunub. Ona görə də I dərəcə əlilliyi olan şəxslərə may ayının pensiyası verilərkən aprel və may aylarının hər biri üçün həmin 11 manat (ümumilikdə 22 manat) dayandırılıb, bunun əvəzində isə may ayının təqaüdləri verilərkən I dərəcə əlilliyi olan şəxslərə qulluq edənlərə aprel və may aylarının hər biri üçün 50 manat (ümumilikdə 100 manat) ödəniləcək".