Röya: "Elə bilirdim, böyüyəndə Rasim Balayevə ərə gedəcəm"


Şou-biznes 11 May 2019 13:29:00 301 0

Röya: "Elə bilirdim, böyüyəndə Rasim Balayevə ərə gedəcəm"

Əməkdar artist Röya Ayxan "Zaurla Günaydın" verilişinin qonağı olub

Əməkdar artist Röya Ayxan "Zaurla Günaydın" verilişinin qonağı olub.

Son.az axşam.az-a istinadən bildirir ki, müğənni platonik sevgisindən danışıb. O bildirib ki, uşaqlıqda Xalq artisti Rasim Balayevi sevirmiş:

"Rasim Balayevi sevirdim. Elə bilirdim ki, böyüyəndə ona ərə gedəcəm. İndi də seriallarda sevdiklərim var. "Halka"ya və "Çukur"a baxıram. "Çukur"dakı Salih obrazını sevirəm".