Bakıda çilingər iş başında öldü


Digərləri 11 May 2019 13:16:00 226 0

Bakıda çilingər iş başında öldü

“Azəristiliktəchizat” ASC-nin çilingəri Ramiz Cəbiyev bədbəxt hadisə nəticəsində dünyasını dəyişib

"Azəristiliktəchizat" ASC-nin çilingəri Ramiz Cəbiyev bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə ötən gün Yasamal rayonu 8 saylı istilik sistemlərinin istismar qazanxanasında baş verib. Belə ki, həmin qazanxanada navalçaları təmizləyən zaman səbət qırılıb və çilingər yerə yıxılaraq vəfat edib.

Hadisə yerinə Yasamal Rayon Prokurorluğunun və polis əməkdaşlarının iştirakı ilə baxış keçirilib. Hazırda fakt üzrə araşdırma aparılır.