Volqoqradda Ulu Öndərin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar tədbir keçirilib (FOTO)


Digərləri 11 May 2019 13:16:41 195 0

Volqoqradda Ulu Öndərin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar tədbir keçirilib (FOTO)

Volqoqradda Ulu Öndərin anadan olmasının 96-cı ildönümü münasibəti ilə Heydər Əliyev Fondunun təşəbbüsü ilə salınan Volqoqrad-Bakı Dostluq Parkında Heydər Əliyev Fondunun və Qaradağ Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə təntənəli tədbir keçirilib.

Bakı. Volqoqradda Ulu Öndərin anadan olmasının 96-cı ildönümü münasibəti ilə Heydər Əliyev Fondunun təşəbbüsü ilə salınan Volqoqrad-Bakı Dostluq Parkında Heydər Əliyev Fondunun və Qaradağ Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə təntənəli tədbir keçirilib. Trend-in məlumatına görə, tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Emil Abbasov, Azərbaycan Gənclərinin Rusiya Birliyinin (AMOR ) Volqoqrad şəhər təşkilatının sədri Dünya Əhədova, Volqoqrad vilayəti qubernatorunun müavini, Volqoqrad Administrasiyasının Sənaye və Ticarət Komitəsinin sədri Roman Serqeyeviç Berkov, Kazaçestvo və millətlərin işlər komitəsinin sədri Leonid Aleksandroviç Titov, general Safonov Vladislav Nikolayeviç, Volqoqrad şəhərində yaşayan xalqların və millətlərin icma rəhbərləri və Volqoqrad şəhər sakinləri iştirak ediblər. Tədbirin aparıcısı Ulu Öndərin həyatı və siyasi fəaliyyəti barədə geniş məlumat verərək bildirib ki, müasir tarixin ən görkəmli siyasətçisi olan Heydər Əliyev istər sovetlər dövründə, istərsə də müstəqillik illərində daim xalqı ilə birlikdə olub. O 2012-ci ildə Volqoqrad şəhəri ilə Qaradağ rayonunun dostluğu haqqında memorandum imzalandığı barədə də məlumat verib. Tədbiri giriş sözü ilə açan Azərbaycan Gənclərinin Rusiya Birliyinin (AMOR) Volqoqrad şəhər təşkilatının sədri Dünya Əhədova tədbir iştirakçılarını salamlayaraq, Volqoqrad şəhərində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının qeyd edilməsinin ənənə halı aldığını bildirərək, Azərbaycan Rusiya dostluğu, Ulu Öndərin layiqli davamçısı olan Prezident İlham Əliyev və Azərbaycan Respublikasının birinci viste-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın bugünkü fəaliyyətlərini xüsusi vurğulayıb. Qaradağ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Emil Abbasov tədbir iştirakçılarını salamlayaraq, Azərbaycanın müstəqilliyinin əldə olunmasında Ulu Öndərin misilsiz fəaliyyəti və Rusiya-Azərbaycan dostluğu haqqında söhbət açaraq qeyd edib ki, Ulu Öndər xalqlar arasındakı dostluq və sevginin nümunəsidir, Volqoqradla Azərbaycan arasında dostluğun möhkəmlənməsində Ümummilli Liderin mühüm xidmətləri var. Daha sonra Qaradağ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini E.Abbasov tədbir iştirakçılarını Ulu Öndərin 95 illik yubileyi və 9 may – Qələbə günü münasibəti ilə təbrik edib. Tədbirdə çıxış edən qonaqlar Ümummilli Lider Heydər Əliyevin xalqı və dövləti naminə gördüyü işlərdən danışıblar. Bildiriblər ki, məhz Heydər Əliyevin sayəsində xalqlarımız arasında əbədi dostluq olub. Şəhər rəsmiləri Heydər Əliyev Fondunun Volqoqradda həyata keçirdiyi mühüm layihələri qeyd ediblər. Volqoqrad Vilayət Qubernatorunun müavini, Volqoqrad Administrasiyasının Sənaye və Ticarət Komitəsinin sədri Roman Berkov Ulu Öndərin anadan olmasının 96-cı ildönümü və Qələbənin əldə edilməsinin 73-cü ildönümü münasibəti ilə təbriklərini çatdırıb və Azərbaycanlıların qələbənin əldə olunmasındakı xüsusi xidmətlərindən danışıb. Tədbirdə iştirak edən fəxri qonaq general Vladislav Nikolayeviç Safonov tədbir iştirakçılarını salamlayaraq, dahi şəxsiyyəti şəxsən tanıdığını və onunla dosluq etdiyini fəxrlə xatırladıb. Azərbaycana, xüsusilə Bakıya vurğunluğunu bildirən general Safonov Bakını dünyanın ən təhlükəsiz şəhəri adlandırıb. O, Azərbaycan xalqının Böyük Vətən müharibəsində olan iştirakını qeyd edərək, tədbir iştirakçılarını bu iki gözəl tarixi gün münasibəti ilə təbrik edib.