Bakıda 14 yaşlı məktəbli qız qaçırıldı


Kriminal 11 May 2019 12:48:00 215 0

Bakıda 14 yaşlı məktəbli qız qaçırıldı

Bakıda 14 yaşlı şagird qaçırılıb

.

Son.az bildirir ki, bu haqda oxu.az-a Sabunçu Rayon Polis İdarəsindən məlumat verilib.

İnsident mayın 9-da Ramana qəsəbəsi ərazisində baş verib.

13:00 radələrində naməlum gənc 2004-cü il təvəllüdlü T.M.-i qaçırıb. Qızın 41 yaşlı atası ərizə ilə polisə müraciət edib. Onun bildirdiyinə görə, qızını evlilik məqsədilə qaçırıblar.

Qızı qaçıranın kimliyi barədə, hələ ki, məlumat yoxdur. 12-ci polis bölməsindən qızın axtarışlarının davam etdiyi bildirilir.

Qeyd etməliyik ki, ölkədə yetkinlik yaşına çatmamış şəxsi nikaha daxil olmağa məcbur etməyə görə Azərbaycan CM-nin 176-1.2 maddələrində üç min manatdan dörd min manatadək miqdarda cərimə və ya dörd ilədək müddətə azadlıqdan məhrum etmə cəzası verilir.