İcra Hakimiyyətindən hasarlanma xəbərlərinə münasibət


Digərləri 11 May 2019 12:15:00 178 0

İcra Hakimiyyətindən hasarlanma xəbərlərinə münasibət

Nizami Rayon İcra Hakimiyyəti "Qara Qarayev" metro stansiyasının yaxınlığındakı ərazinin hasarlanması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, Abdullayev Nağı Əhməd oğlu və Qədimov İlham Ənvər oğlu Rayon İcra Hakimiyyətini məlumatlandırmadan Nizami rayonu, Qara Qarayev prospekti 32a ünvanında mövcud qeyri-yaşayış obyektinin yenidən qurulması üçün əraziyə mühafizə hasarı çəkməyə cəhd edərək tikinti işlərinə başlamaq üçün hazırlıq işləri görüb.

Rayonun aidiyyəti xidmət sahələri tərəfindən həmin əraziyə çəkilən mühafizə hasarı sökülərək ərazi əvvəlki vəziyyətinə qaytarılıb.

Obyektin tikintisinə verilən sənədlərə yenidən baxılması üçün tərəfimizdən Bakı Şəhər İcra Hakimiyyətinə məktubla müraciət olunub.