Gəncədə yağan yağışlar nəticəsində bəzi ərazilər su ilə dolub


Digərləri 11 May 2019 11:27:00 221 0

Gəncədə yağan yağışlar nəticəsində bəzi ərazilər su ilə dolub

Gəncədə yağan yağışlar nəticəsində bəzi ərazilər yağış suları ilə dolub

Bakı. Mayın 10-dan başlayaraq Gəncə şəhərində yağan yağışlar nəticəsində şəhərin Nizami və Kəpəz rayonlarında bəzi ərazilər yağış suları ilə dolub. Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, "112" qaynar telefon xəttinə daxil olmuş müraciətlər ilə əlaqədar olaraq, Nazirliyin Gəncə Regional Mərkəzinin və Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvə və texnikası yağış suları dolmuş ərazilərə cəlb olunub və suçəkmə işlərinə başlanılıb. Əlavə məlumat veriləcək.​