Komitədən Çindən gətirilən malların qiymətinin artması ilə bağlı AÇIQLAMA


Digərləri 11 May 2019 11:12:00 188 0

Komitədən Çindən gətirilən malların qiymətinin artması ilə bağlı AÇIQLAMA

Bir sıra kütləvi informasiya vasitələrində yayılan məlumatlarda ölkə ərazisinə Çin Xalq Respublikasından idxal edilən bəzi malların qiymətlərinin gömrük orqanları tərəfindən artırıldığı, dolayısı ilə “Binə” və “Sədərək” ticarət mərkəzlərində fəaliyyət göstərən sahibkarların fəaliyyətinə problemlər yaradıldığı iddia edilir.

Bakı. Bir sıra kütləvi informasiya vasitələrində yayılan məlumatlarda ölkə ərazisinə Çin Xalq Respublikasından idxal edilən bəzi malların qiymətlərinin gömrük orqanları tərəfindən artırıldığı, dolayısı ilə “Binə” və “Sədərək” ticarət mərkəzlərində fəaliyyət göstərən sahibkarların fəaliyyətinə problemlər yaradıldığı iddia edilir. Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, həmin media qurumlarına açıqlama verən sahibkarlar daşıma qiymətlərinin artırıldığını, “karqo” adlandırdıqları şirkətlərə bununla bağlı ünvanladıqları müraciətlərinə isə artımın gömrük orqanlarının həyata keçirdiyi tədbirlər nəticəsində baş verdiyinə dair cavab aldıqlarını bildirirlər. Komitə bildirir ki, sahibkarlar ölkə ərazisinə idxal etdikləri malın daşınması prosesində istənilən daşıyıcı şirkətlə, biznes fəaliyyətlərinə uyğun qiymətlərlə razılaşa bilərlər. Eyni zamanda bildirilir ki, malların idxalı üzrə gömrük rüsumları gömrük tarifinə əsaslanır. Malların idxalı ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş digər tədbirlər də bu malların tarif təsnifatına uyğun olaraq tətbiq olunur. Təsnifatda gömrük rüsumları “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq advalor, spesifik və kombinə gömrük rüsum dərəcələrinin növlərinə bölünür.