Heydər Əliyev prospektində "TIR"a görə tıxac yarandı


Digərləri 11 May 2019 10:14:00 192 0

Heydər Əliyev prospektində "TIR"a görə tıxac yarandı

Səhər saatlarında paytaxtda qol-nəqliyyat hadisəsi baş verib

.

Son.az Trend-ə istinadən bildirir ki, Heydər Əliyev, Şah İsmayıl Xətai prospektləri ilə Yusif Səfərov küçəsinin kəsişməsində iri tonajlı yük avtomobili qəza törədib.

Bu səbəbdən hazırda Heydər Əliyev prospektində şəhər istiqamətində nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir.

Həmin istiqamətdə hərəkətdə olan sürücülərin bunu nəzərə almaları xahiş olunur.