Heydər Əliyev müstəqil dövlət qurmaq kimi mürəkkəb və şərəfli missiyanı yerinə yetirə bilən yeganə əfsanəvi şəxsiyyət olmuşdur - “El Peruano” qəzeti


Digərləri 11 May 2019 10:11:00 62 0

Heydər Əliyev müstəqil dövlət qurmaq kimi mürəkkəb və şərəfli missiyanı yerinə yetirə bilən yeganə əfsanəvi şəxsiyyət olmuşdur - “El Peruano” qəzeti

Perunun rəsmi “El Peruano” qəzetində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş məqalə dərc edilmişdir.

Bakı. Perunun rəsmi “El Peruano” qəzetində Azərbaycan Respublikasının tarixində müstəsna xidmətləri olmuş və bu dövlətin qurulmasında əsas rol oynamış ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş məqalə dərc edilmişdir. Trend-in məlumatına görə, məqalədə qeyd edilir ki, Heydər Əliyev təkrarsız bir lider, güclü dövlət başçısı, fədakar insan, müstəqil dövlət qurmaq kimi mürəkkəb və şərəfli missiyanı yerinə yetirə bilən yeganə əfsanəvi bir şəxsiyyət olmuşdur. Qeyd edilir ki, Heydər Əliyev müasir Azərbaycan tarixini yaratmış liderdir. Tarix onu güclü dövlət başçısı, dövlət quruculuğu yolunda öz üzərinə ən ağır tarixi məsuliyyəti götürmüş fədakar və unikal şəxsiyyət kimi xatırlayır. Bildirilir ki, məhz Heydər Əliyev müasir Azərbaycan dövlətinin tarixinin ən dramatik dövründə ölkəyə rəhbərlik etmiş, onun nailiyyətlərinin və tərəqqisinin əsasını qoymuşdur. Öz sarsılmaz əqidəsi və tarixi müdrikliyi sayəsində Heydər Əliyev Azərbaycan xalqının müstəqillik arzusunu həyata keçirməyə nail olmuşdur. Onun çoxtərəfli siyasəti dövlət strategiyasına çevrilmiş və dünyanın bir çox ölkələri ilə konstruktiv əlaqələr qurulmuşdur. Məqalədə göstərilir ki, siyasi sabitliyə nail olmaqla yanaşı, Heydər Əliyev ölkənin iqtisadi müstəqilliyinin təməlini qoymuşdur. O, istehsalın bərpası, maliyyə vəziyyətinin yaxşılaşdırılması və xarici investisiyaların cəlb edilməsi üçün anti-böhran proqramı hazırlayıb və həyata keçirmişdir. 1994-cü ildə Bakıda dünyanın neft şirkətləri ilə imzalanmış "Əsrin müqaviləsi" daxili mühitin sabitliyi və xarici siyasətin uğurlu olması üçün mühüm rol oynamışdır. Sonda qeyd edilir ki, müasir Azərbaycanın tarixi əbədi olaraq Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün Azərbaycan xalqı böyük bir liderin xatirəsini hörmətlə yad edir. Bütün həyatını Vətənə həsr edən Heydər Əliyev həmişə xalqına şərəf və ləyaqətlə xidmət etmişdir. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin
“Uber”in səhmləri hərracın ilk günündə çökdü like
  • 11 May 10:03  
Dünya “Uber”in səhmləri hərracın ilk günündə çökdü

“Uber”in səhmləri Nyu-York birjasında hərracın ilk günündə 7,6 % dü

arrow Ətraflı
Samsung Galaxy A20 – bir smartfonda görmək istədikləriniz like
  • 11 May 10:00  
Digərləri Samsung Galaxy A20 – bir smartfonda görmək istədikləriniz

Galaxy A məhsul xəttinin ikinci təmsilçisi Galaxy A20 şirkətin 3D Glasstic

arrow Ətraflı
Bəşəriyyətin son 50 ildə planeti necə dəyişdiyi məlum olub like
  • 11 May 09:57  
Digərləri Bəşəriyyətin son 50 ildə planeti necə dəyişdiyi məlum olub

Biomüxtəliflik və ekosistem xidmətləri üzrə hökumətlərarası ekspertl

arrow Ətraflı
Nazirlik cəbhədəki vəziyyətlə bağlı məlumat yaydı like
  • 11 May 09:52  
Siyasət Nazirlik cəbhədəki vəziyyətlə bağlı məlumat yaydı

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqam

arrow Ətraflı
Fanatları Gəncədə Damlaya hücum çəkdilər  VİDEO like
  • 11 May 09:46  
Şou-biznes Fanatları Gəncədə Damlaya hücum çəkdilər VİDEO

Tanınmış müğənni Damla bu gün Gəncədə konsert verib

arrow Ətraflı
Ermənistan silahlı qüvvələri atəşkəsi 22 dəfə pozub like
  • 11 May 09:41  
Digərləri Ermənistan silahlı qüvvələri atəşkəsi 22 dəfə pozub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqam

arrow Ətraflı
Ən çox yağıntı hansı bölgəyə düşüb? like
  • 11 May 09:41  
Digərləri Ən çox yağıntı hansı bölgəyə düşüb?

Bu gün səhər ölkə ərazisində ən çox yağıntı Zaqatalaya düşüb.

arrow Ətraflı
İranla gərginlik: ABŞ Yaxın Şərqə ordu yığır like
  • 11 May 09:24  
Dünya İranla gərginlik: ABŞ Yaxın Şərqə ordu yığır

İranla gərginləşən münasibətlər fonunda ABŞ Yaxın Şərqə Patriot hav

arrow Ətraflı
"Terrorizmlə mübarizədə ikili standartlar siyasəti yolverilməzdir" like
  • 11 May 09:19  
Dünya "Terrorizmlə mübarizədə ikili standartlar siyasəti yolverilməzdir"

Beynəlxalq terrorizmlə mübarizə sahəsində ikili standartlar siyasəti yolv

arrow Ətraflı
Ən çox yağıntı Zaqatalaya düşüb like
  • 11 May 09:16  
Digərləri Ən çox yağıntı Zaqatalaya düşüb

Bu gün səhər ölkə ərazisində ən çox yağıntı Zaqatalaya düşüb.

arrow Ətraflı
Azərbaycan karbamid gübrələrinin ixracına nə zaman başlayacaq? like
  • 11 May 09:13  
Digərləri Azərbaycan karbamid gübrələrinin ixracına nə zaman başlayacaq?

"SOCAR karbamid" zavodu bu ilin may-iyun aylarında karbamid gübrəl

arrow Ətraflı
Litvada prezident seçkilərindən qabaq "süküt günü" elan edilib like
  • 11 May 09:08  
Dünya Litvada prezident seçkilərindən qabaq "süküt günü" elan edilib

Litvada mayın 12-sinə təyin edilmiş prezident seçkilərindən qabaq "sükü

arrow Ətraflı