Samsung Galaxy A20 – bir smartfonda görmək istədikləriniz


Digərləri 11 May 2019 10:00:00 197 0

Samsung Galaxy A20 – bir smartfonda görmək istədikləriniz

Galaxy A məhsul xəttinin ikinci təmsilçisi Galaxy A20 şirkətin 3D Glasstic adlandırdığı dizaynda ərsəyə gətirilib.

Bakı. Galaxy A məhsul xəttinin ikinci təmsilçisi Galaxy A20 şirkətin 3D Glasstic adlandırdığı dizaynda ərsəyə gətirilib. Cihazın korpusu premium şüşə örtüyünü imitasiya edən hamarlanmış plastikdən ibarətdir. Galaxy A20 bucaqlarının dəyirmi şəkildə icra edilməsi cihaza müasir görünüş bəxş edir. Bütün seriyada müşahidə olunduğu kimi, burada da ekran korpusun ön tərəfinin böyük hissəsini tutaraq 85% artığını təşkil edir. Sözügedən 6,4” Super AMOLED ekran 1560 × 720 icazəli matrisa ilə təchiz olunub. İncə çərçivə ilə haşiyəyə alınmış Infinity-V displeyində 8 MP-lik frontal kameranın yerləşdiyi V-şəkilli çıxıntı nəzərdə tutulmuşdur. Korpusun arxa hissəsində ikili kamera modulu mövcuddur ki, bunlardan əsas və geniş bucaqlı kameraları qeyd etmək olar. Əsas modul f/1.9 işıq gücü və 13 MP-lik obyektiv ilə, ikinci kamera isə 5MP-lik geniş bucaqlı linza və f/2.2 diafraqması ilə təchiz olunmuşdur. Hətta zəif işıqlandırılma şəraitində belə kamera bütün rəng çalarlarını dəqiq və parlaq şəkildə ötürür. Həmçinin, burada sadəcə toxunuşla aktiv edilən daktiloskopik skaner də yer almışdır. Barmaq izi skaneri ilə yanaşı,smartfon “Face recognition” funksiyasını da dəstəkləyir. Galaxy A20 3 QB RAM və 512 QB qədər artırıla bilən 32QB daxili yaddaş ilə təchiz olunub. Qeyd etmək lazımdır ki, smartfon üç modullu slotu dəstəkləyir, bunlardan ikisi sim kart üçün, digəri isə microSD kart üçün nəzərdə tutulub. Galaxy A20-nin akkumulyatorunun həcmi 4000 mAh təşkil edir və gün ərzində smartfonun işləməsini təmin edir. Galaxy A20 smartfonunda USB Type-C qoşulması ilə yanaşı 3,5 mm qulaqlıqlar üçün nəzərdə tutulmuş «yuva» da mövcuddur. Beləliklə, qulaqlılıqların qoşulması üçün heç bir əlavə kabelə ehtiyac qalmır.