Apple son yarım ildə 2025 şirkət alıb


Digərləri 11 May 2019 08:55:00 240 0

Apple son yarım ildə 2025 şirkət alıb

Apple şirkəti 1-2 həftədən bir kiçik şirkət alır. Son yarım il ərzində Apple 20-25 şirkət alıb. Bu barədə CNBC saytına müsahibəsində Apple şirkətinin CEO-su Tim Cook bildirib. Bu barədə Rusbase saytı xəbər verib. Tim Cook-un sözlərinə əsasən şirkət bu cür alışlar zamanı bağlanan müqavilələr barəsində çox nadir hallarda məlumat verir. Belə ki, adətən Apple kiçik şirkətləri alır. Həmin kiçik şirkətlərdə Apple-a ilk növbədə maraqlı olan məhz intellektual mülkiyyət və istedadlardır.

Son.az technote.az-a istinadən bildirir ki, Apple şirkətinin bu cür aktiv şəkildə kiçik şirkəllərin alışı ilk növbədə şirkətin yüksək alış özəlliyini göstərir. Məlumata əsasən bu ilin ikinci rübündə Apple şirkətinin büdcəsində 225.4 milyard dollar nağd pul vəsaiti yığılıb. Tim Cook qeyd edib ki, Apple şirkəti ilk növbədə öz nağd vəsaitlərini böyük layhələrə yönəldir. Buna misal olaraq Texas ştatında dəyəri 1 milyard dollar olan yeni kampusun inşasına startını gətirmək olar.

"Bizim pulumuz qalanda biz düşünürük ki, həmin vəsaitləri daha hara yatırmaq olar? Biz, bizə uyan və strateji potensiala sahib olan hər şeyi alırıq" - deyə Tim Cook müsahibəsində qeyd edib. Məsələn 2018-ci ildə Apple şirkəti Texture adlı servisi almışdı. Həmin servis jurnal abunəliyi sahəsində fəaliyyət göstərirdi. Nəticədə həmin servis bu ilin mart ayında istifadəyə verilmiş Apple News Plus servisinin əsasını təşkil etdi. CNBC qeyd edib ki, Apple şirkəti çox nadir hallarda böyük müqavilələr bağlayır. Son belə müqavilə 2014-cü ildə bağlanmışdı. Belə ki, həmin ildə Apple şirkəti məşhur qulaqlıq istehsalçısı olan Beats-i 3 milyard dollara almışdı.