İsveçrədə Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 96cı ildönümü münasibətilə futbol turniri təşkil edilib FOTO


Digərləri 11 May 2019 08:58:00 213 0

İsveçrədə Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 96cı ildönümü münasibətilə futbol turniri təşkil edilib  FOTO

2019-cu il mayın 10-da İsveçrədə Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə Azərbaycanın bu ölkədəki Səfirliyi "Diplomatlar kuboku - 2019" adlı futbol turniri təşkil edib.

Səfirlikdən Son.az-a verilən məlumata görə, yarışma, həmçinin Bakının UEFA Avropa Liqasının 2019-cu il finalına ev sahibliyini təbliğ etmək məqsədi daşıyıb.

Turnir İsveçrədə akkreditə olunmuş diplomatik korpus təmsilçiləri arasında keçirilib.

Yarışma Rusiya yığmasının qələbəsi ilə yekunlaşıb. Sonda qalib və iştirakçılara kubok və digər xatirə hədiyyələri təqdim edilib.

Futbol turniri çərçivəsində Azərbaycanın "Avroviziya" təmsilçisinin lehinə də təbliğat aparılıb.


Xəbərə aid fotolar