Litvada prezident seçkilərindən qabaq "süküt günü" elan edilib


Digərləri 11 May 2019 08:49:00 167 0

Litvada prezident seçkilərindən qabaq "süküt günü" elan edilib

Litvada mayın 12-sinə təyin edilmiş prezident seçkilərindən qabaq "süküt günü" elan edilib

Bakı. Litvada mayın 12-sinə təyin edilmiş prezident seçkilərindən qabaq "süküt günü" elan edilib. Trend-in məlumatına görə, ölkənin qanunlarına əsasən, təşviqat səsvermənin başlanmasına 30 saat qalmış qadağan edilir. Prezident seçkilərində səsvermə mayın 12-si yerli vaxtla saat 07:00-da başlayacaq. Litvada 2,472 milyon vətəndaş səsvermə hüququna malikdir (ümumilikdə ölkədə 2,8 milyon insan yaşayır).