Baş nazir dövlət sifarişlərinin verilməsi qaydasını təsdiqlədi


Digərləri 11 May 2019 08:18:00 244 0

Baş nazir dövlət sifarişlərinin verilməsi qaydasını təsdiqlədi

Nazirlər Kabineti "Azərbaycan Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında istehsal olunan məhsullar üçün dövlət sifarişlərinin verilməsi Qaydası"nın təsdiq edilməsi barədə qərar qəbul edib.

Son.az insider.az-a istinadən bildirir ki, bu barədə qərarı baş nazir Novruz Məmmədov imzalayıb.

Qərara əsasən "Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Yüksək Texnologiyalar Parkının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 8 noyabr tarixli Sərəncamının 8.8-ci bəndinin icrasını təmin etmək məqsədilə "Azərbaycan Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında istehsal olunan məhsullar üçün dövlət sifarişlərinin verilməsi Qaydası" təsdiq olunub.

Bu Qərarda dəyişikliklər Azərbaycan Prezidentinin 2002-ci il 24 avqust tarixli Fərmanı ilə təsdiq edilmiş "İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə"nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.