Apple ilk dəfə iPhone üçün oyun təqdim edib


Digərləri 11 May 2019 08:01:00 166 0

Apple ilk dəfə iPhone üçün oyun təqdim edib

"App Store" proqramlar mağazasında "Warren Buffettʼs Paper Wizard" adlı pulsuz oyun yerləşdirilib.   Son.az ICTnews-a istinadən bildirir ki, lisenziya razılaşmasına görə, oyun üçün bütün hüquqlar "Apple" şirkətinə məxsusdur və şirkət, həmçinin oyunun texniki dəstəyi ilə məşğul olmağı öz öhdəsinə götürür.

Oyunun süjeti öz karyerasına qəzet satıcısı kimi başlayan "Apple"ın investoru Uorren Baffetin həyat tarixçəsinə əsaslanır.

Bu, "Apple" korporasiyasının 2008-ci ildən ("App Store" işə salınıb) etibarən istifadəyə verdiyi ilk oyundur.