Bakıda bu sözə görə adam öldürüldü


Kriminal 11 May 2019 07:51:00 219 0

Bakıda bu sözə görə adam öldürüldü

Bakıda qəsdən adam öldürməkdə təqsirləndirilən 1981-ci il təvəllüdlü Bəxtiyar Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Son.az teleqraf.com-a istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mirzə Xankişiyevin sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.

Bəxtiyar Əhmədov 15 il azadlıqdan məhrum edilib.

İttihama görə, hadisə paytaxtın Nizami rayonunda baş verib.

Bəxtiyar Əhmədov dostu Fikrət Salmanovu bıçaqla qətlə yetirib. Onların arasında mübahisə Bəxtiyar Əhmədovun ona "polisə arxada oturan qız arvadımdır, deyərsən" sözündən sonra olub.