Kürdəmirdə dava: Gənc tanışının qulağını dişləyib qoparıb


Kriminal 11 May 2019 07:31:00 70 0

Kürdəmirdə dava: Gənc tanışının qulağını dişləyib qoparıb

Kürdəmir rayonunda dostuna müxtəlif dərəcəli bədən xəsarəti yetirməkdə təqsirli bilinən 1988-ci il təvəllüdlü Mütalib Səmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Son.az Teleqraf.com-a istinadən xəbər verir ki, Mütalib Səmədov Kürdəmir rayonunun Karrar kəndində yerləşən Eldəniz Xəlilova məxsus yeməkxanada tanışları ilə birlikdə qonaqlıqda iştirak edib.

Həmin vaxt digər tanışı Teymur Hacalızadə yeməkxanaya gəlib, onlarla bir masa arxasında əyləşib.

Bu zaman Mütaliblə Teymur Rusiya Federasiyasına gedib, orada yaşamaq və işləməyi müzakirə ediblər. Onların arasında mübahisə bu mövzuda yaranıb.

Mütalib Teymurun üzərinə gedərək onunla əlbəyaxa olub.

Orada olanlar onları aralayıblar. Mütalib Səmədovu tanışları yeməkxanadan çölə çıxardıblar.

O, Teymur Hacalızadənin yeməkxanadan çıxıb binanın arxası ilə sakitcə getdiyini gördükdə uca səslərlə söyüşlər söyüb, sonra Teymurun arxasına düşüb.

Yeməkxananın arxa tərəfində, boş sahədə yenidən Teymurla mübahisəni davam etdirib. Daha sonra Teymuru yerə yıxıb, sağ qulağını dişləyərək qopardıb.

İstintaq orqanı tərəfindən Mütalib Səmədovun barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə sağlamlığa xəsarət yetirmə) və 221.1-ci (xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər etmək) maddələri ilə ittiham elan edilib.

Çeçenistanda qazdoldurma məntəqəsində partlayış baş verib like
  • 11 May 07:25  
Dünya Çeçenistanda qazdoldurma məntəqəsində partlayış baş verib

Çeçenistanda qazdoldurma məntəqəsində partlayış baş verib.

arrow Ətraflı
Smartfonların 50%i üçqat kamera ilə təchiz ediləcək like
  • 11 May 07:21  
Digərləri Smartfonların 50%i üçqat kamera ilə təchiz ediləcək

2018-ci ildə satılmış smartfonların 50%-dən çoxu iki və ya daha çox kam

arrow Ətraflı
Kanadada təyyarə yanacaqdaşıyan avtomobil ilə toqquşub, xəsarət alanlar var like
  • 11 May 07:19  
Digərləri Kanadada təyyarə yanacaqdaşıyan avtomobil ilə toqquşub, xəsarət alanlar var

Kanadanın paytaxtı Torontonun beynəlxalq hava limanında "Air Canada" aviaşi

arrow Ətraflı
Bakıda sevgilisini metroda bıçaqlayan oğlan like
  • 11 May 07:11  
Kriminal Bakıda sevgilisini metroda bıçaqlayan oğlan

Bakıda metroda sevgilisini bıçaqlamaqda təqsirləndirilən Vahid Abdullayevi

arrow Ətraflı
Azərbaycanda qadınlar hansı xəstəliklərdən ölürlər? like
  • 11 May 07:01  
Digərləri Azərbaycanda qadınlar hansı xəstəliklərdən ölürlər?

Hər il dünyada milyonlarla insan müxtəlif səbəblərdən ölür. Müharibə

arrow Ətraflı
Yaponiyada 4,9 bal gücündə zəlzələ olub like
  • 11 May 06:23  
Digərləri Yaponiyada 4,9 bal gücündə zəlzələ olub

Yaponiyada 4,9 bal gücündə zəlzələ baş verib

arrow Ətraflı
Türkiyə S-400 sistemlərini almaqdan imtina etməsi barədə məlumatları təkzib edib like
  • 11 May 05:15  
Digərləri Türkiyə S-400 sistemlərini almaqdan imtina etməsi barədə məlumatları təkzib edib

Türkiyə prezidentinin administrasiyasının kommunikasiyalar üzrə departamen

arrow Ətraflı
"Muğam-2019" Televiziya Müsabiqəsinin doqquzuncu həftəsi başa çatıb like
  • 11 May 04:53  
Digərləri "Muğam-2019" Televiziya Müsabiqəsinin doqquzuncu həftəsi başa çatıb

Beynəlxalq Muğam Mərkəzində "Muğam-2019" Televiziya Müsabiqəsinin doqquz

arrow Ətraflı
Çin ABŞ ilə ticarət danışıqlarını konstruktiv adlandırıb like
  • 11 May 04:29  
Digərləri Çin ABŞ ilə ticarət danışıqlarını konstruktiv adlandırıb

Çin və ABŞ arasında səmimi və konstruktiv ticarət danışıqları baş tu

arrow Ətraflı