Smartfonların 50%i üçqat kamera ilə təchiz ediləcək


Digərləri 11 May 2019 07:21:00 210 0

Smartfonların 50%i üçqat kamera ilə təchiz ediləcək

2018-ci ildə satılmış smartfonların 50%-dən çoxu iki və ya daha çox kamera ilə təchiz edilib. 2019-cu ildə arxa panelində üç və ya daha çox əsas kamera nəzərdə tutulmuş modellər daha böyük populyarlıq qazanırlar.

Son.az ICTnews-a istinadən bildirir ki, "Counterpoint Technology Market Research" tədqiqat şirkətinin məlumatına görə, ötən il satılmış smartfonların 6%-də ikidən çox kamera quraşdırılıb. Gözləntilərə görə, 2019-cu ildə belə aparatların nüfuzetmə səviyyəsi 15%-dək artacaq və gələn ilin sonuna 35%-ə yaxınlaşacaq. Analitiklər hesab edirlər ki, 2021-ci ildə bütün smartfonların 50%-də ikidən çox daxili kamera olacaq.

"Counterpoint" şirkətinin proqnozuna görə, 2019-cu ilin ikinci yarısında smartfon istehsalçıları 64 meqapiksellik təsvir ölçüsünə malik kamera ilə təchiz edilmiş modellər təqdim edəcəklər. 2020-ci ildə isə 100 meqapiksellik kameralarla təchiz edilmiş qurğuların təqdimatı gözlənilir.