Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə ABŞ-da tədbir keçirilib (FOTO)


Digərləri 11 May 2019 05:45:00 259 0

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə ABŞ-da tədbir keçirilib (FOTO)

Azərbaycanın ABŞ-dakı Səfirliyi ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə tədbir keçirib

Bakı. Azərbaycanın ABŞ-dakı Səfirliyi ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə tədbir keçirib. Səfirlikdən Trend-ə verilən məlumata görə, tədbirdə ABŞ-da yaşayan və fəaliyyət göstərən həmyerlilərimiz və səfirliyin əməkdaşları iştirak ediblər. Mərasimdə çıxış edən səfir Elin Süleymanov əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyev barədə xatirələrini bölüşüb. Müasir, müstəqil və suveren Azərbaycan dövlətinin qurucusu Ümummilli Liderin müxtəlif dönəmlərdə verdiyi taleyüklü qərarlar və atdığı tarixi addımlardan söz açıb, Ulu Öndərin Azərbaycanla ABŞ arasında münasibətlərin genişlənməsi və möhkəmlənməsi istiqamətində gördüyü işlərin ikitərəfli münasibətlərimiz üçün möhkəm zəmin yaratdığını qeyd edib. Ümummilli Liderin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin Azərbaycan dövlətçiliyinin daha da möhkəmləndirilməsi istiqamətində gördüyü işlərə toxunan səfir ölkəmizin beynəlxalq aləmdə artan nüfuzundan söz açıb. Daha sonra diplomat Azərbaycanın ABŞ-dakı səfirliyinin yerləşdiyi binanın ümummilli lider Heydər Əliyevin qərarı ilə alındığını diqqətə çatdırıb və bu binanın müstəqil Azərbaycan Respublikasının xaricdə diplomatik fəaliyyət üçün aldığı ilk mülk olduğunu vurğulayıb.