Estoniyada ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar tədbir keçirilib (FOTO)


Digərləri 11 May 2019 02:47:45 236 0

Estoniyada ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar tədbir keçirilib (FOTO)

Azərbaycanın Estoniyadakı səfirliyində ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar tədbir keçirilib.

Bakı. Azərbaycanın Estoniyadakı səfirliyində ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar tədbir keçirilib. Səfirlikdən Trend-ə verilən məlumata görə, bu əlamətdar gündə səfirliyimizdə ulu öndər Heydər Əliyevin barelyefinin təntənəli açılışı olub. Tədbirdə səfirliyin əməkdaşları, Azərbaycan diaspor və Estoniya ictimaiyyətinin nümayəndələri iştirak edib. Açılışda çıxış edən Azərbaycanın Estoniyadakı səfiri Murad Nəcəfbəyli müasir Azərbaycanın memarı və qurucusu, xalqımızın dahi oğlu Heydər Əliyevin həyatı və fəaliyyəti ilə bağlı məlumat verib. Səfir bildirib ki, Azərbaycanın bütün bölgələrində olduğu kimi Azərbaycanın xarici ölkələrdəki səfirlikləri, diplomatik nümayəndəlikləri, eləcə də diasporumuzun təmsilçiləri tərəfindən ümummilli lider Heydər Əliyevin doğum günü münasibətilə tədbirlər keçirilərək, görkəmli siyasi xadimin zəngin və çoxşaxəli fəaliyyəti, vətən və xalq qarşısındakı xidmətləri geniş təbliğ edilir.