Heydər Əliyev Mərkəzinin parkında konsert təşkil edilib FOTO


Digərləri 11 May 2019 01:42:00 215 0

Heydər Əliyev Mərkəzinin parkında konsert təşkil edilib  FOTO

Mayın 10-da Heydər Əliyev Mərkəzinin parkında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin doğum günü və Heydər Əliyev Fondunun 15 illiyi münasibətilə konsert proqramı təqdim olunub.

Son.az Trend-ə istinadən bildirir ki, konsert proqramında Əməkdar artist Natiq Şirinovun "Natiq" ritm qrupu, "Rast" qrupu , Xalq artistləri Manana Caparidze, Faiq Ağayev, Zülfiyyə Xanbabayeva, Aygün Kazımova, Əməkdar artistlər Səbinə Babayeva, Abbas Bağırov, Sevda Ələkbərzadə, Röya Ayxan, Miri Yusif, tanınmış ifaçılar Xəyyam Nisanov, Günay İbrahimli, Zamiq Hüseynov, Sevda Yahyayeva, Azad Şabanov, Rauf Əhmədov və Mir Camal çıxış ediblər.

Konsertdə, həmçinin Rusiyanın "S-BROTHER-S" DJ layihəsinin çıxışı tamaşaçılara maraqlı, çılğın anlar bəxş edib.