Azərbaycan Prezidenti: "Xalqın bizim siyasətə göstərdiyi dəstək bizə güc verir və eyni zamanda, imkan verir ki, islahatları dərinləşdirək"


Siyasət 11 May 2019 01:47:00 64 0

Azərbaycan Prezidenti: "Xalqın bizim siyasətə göstərdiyi dəstək bizə güc verir və eyni zamanda, imkan verir ki, islahatları dərinləşdirək"

Xalqın bizim siyasətə göstərdiyi dəstək bizə güc verir və eyni zamanda, imkan verir ki, islahatları dərinləşdirək.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev mayın 10-da Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə və Heydər Əliyev Fondunun yaradılmasının 15 illiyinə həsr olunmuş təntənəli mərasimdə çıxışı zamanı deyib.

Prezident İlham Əliyev bildirib ki, uzun illərdir ki, Azərbaycanda sabitlik təmin edilir. Sabitliyin təminatçısı Azərbaycan xalqıdır:

"Xalqın bizim siyasətə göstərdiyi dəstək bizə güc verir və eyni zamanda, imkan verir ki, islahatları dərinləşdirək və Azərbaycanın uğurlu dayanıqlı inkişafını təmin edək.

Sabitlik hər bir ölkə üçün xüsusi əhəmiyyət daşıyır. Dünyaya, beynəlxalq mənzərəyə baxın. Harada ki, sabitlik pozulur, ölkələr geriyə gedir, idarəolunmaz vəziyyətə düşür, ölkələrdə xoşagəlməz proseslər başlayır, xarici təsir artır, daxili çəkişmələr baş verir və ölkələr öz gələcəyini itirir. Son illər ərzində sabitliyi pozulan ölkələrin bugünkü mənzərəsinə nəzər salın. Nə görəcəyik? Müharibə, qardaş qanının tökülməsi, dağılmış şəhərlər, sıradan çıxmış infrastruktur, iflic vəziyyətə düşmüş sənaye, milyonlarla qaçqın-köçkün, çadır şəhərcikləri, o şəhərciklər ki, biz onlardan 2007-ci ildə xilas olmuşuq. Mən o vaxt seçkiqabağı söz vermişdim ki, 5 il ərzində bir dənə də olsun çadır şəhərciyi qalmayacaq. Bunu biz 4 ilə etdik. Yəni, sabitliyin pozulması buna gətirib çıxarır. Hər bir insan bilməlidir ki, sabitlik böyük sərvətdir. Biz bunu çox böyük fədakarlıq göstərərək əldə etmişik".

Azərbaycan Prezidenti: Xalqın bizim siyasətə göstərdiyi dəstək bizə güc verir və eyni zamanda, imkan verir ki, islahatları dərinləşdirək like
  • 11 May 01:43  
Digərləri

Xalqın bizim siyasətə göstərdiyi dəstək bizə güc verir və eyni zamanda

arrow Ətraflı
Heydər Əliyev Mərkəzinin parkında konsert təşkil edilib  FOTO like
  • 11 May 01:42  
Digərləri Heydər Əliyev Mərkəzinin parkında konsert təşkil edilib FOTO

Mayın 10-da Heydər Əliyev Mərkəzinin parkında Azərbaycan xalqının ümum

arrow Ətraflı
Heydər Əliyev Mərkəzinin parkında konsert təşkil edilib (FOTO) like
  • 11 May 01:40  
Digərləri Heydər Əliyev Mərkəzinin parkında konsert təşkil edilib (FOTO)

Mayın 10-da Heydər Əliyev Mərkəzinin parkında Azərbaycan xalqının ümum

arrow Ətraflı
Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü Serbiyada qeyd edilib (FOTO) like
  • 11 May 01:36  
Digərləri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü Serbiyada qeyd edilib (FOTO)

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə ə

arrow Ətraflı
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, madditexniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq" like
  • 11 May 01:21  
Siyasət

Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndiri

arrow Ətraflı
Mədəni irs sahəsində pilot layihə təqdim olunacaq (FOTO) like
  • 11 May 01:16  
Digərləri Mədəni irs sahəsində pilot layihə təqdim olunacaq (FOTO)

Mədəniyyət Nazirliyinin yanında Mədəni İrsin Qorunması, İnkişafı və

arrow Ətraflı