Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü Serbiyada qeyd edilib (FOTO)


Digərləri 11 May 2019 01:36:58 273 0

Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü Serbiyada qeyd edilib (FOTO)

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar Azərbaycanın Serbiyadakı səfirliyi tərəfindən ulu öndərin xatirəsinə həsr olunmuş tədbir keçirilib

Bakı. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar Azərbaycanın Serbiyandakı səfirliyi tərəfindən tədbir keçirilibr. Səfirlikdən Trend-ə verilən məlumata görə, tədbirdə Serbiya ictimaiyyətinin nümayəndələri, Belqrad şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi, Serbiya-Azərbaycan Dostluq Cəmiyyəti və Serbiya-Azərbaycan Ticarət Palatasının rəhbərliyi və üzvləri, “AzVirt” şirkətinin rəhbərliyi, Serbiyada çalışan, yaşayan və təhsil alan azərbaycanlılar iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə “Taşmaydan” parkına gələrək, ümummilli liderin burada ucaldılmış abidəsini ziyarət etmiş, xatirəsini ehtiramla yad edərək, önünə əklil qoymuş, gül dəstələri düzmüşlər. Daha sonra Belqraddakı Bayraqlı Cami məscidinin müftisi tərəfindən mərhumun ruhuna dualar oxunmuş, ulu öndərin xatirəsi sükutla yad edilmişdir. Tədbirdə çıxış edən səfir E.Həsənov görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin həyatı, fəaliyyəti, Azərbaycanın müstəqilliyinin xilasında, möhkəmləndirilməsində, ölkəmizdə sabitliyin bərqərar olunmasında xidmətlərindən və dövlət quruculuğu istiqamətində həyata keçirilən islahatların əsasını qoymasından bəhs edərək bu siyasi kursun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulamışdır. Azərbaycan xalqının görkəmli dövlət xadimi Heydər Əliyevin əziz xatirəsinə göstərdikləri dərin hörmət və ehtirama görə qonaqlara minnətdarlıq bildirilmişdir.