Bakıda 3 otaqlı ev yanıb


Digərləri 11 May 2019 00:43:23 310 0

Bakıda 3 otaqlı ev yanıb

Bakıda yanğın qeydə alınıb

Bakı. Bakıda yanğın qeydə alınıb. FHN-dən Trend-ə verilən məlumata görə, şəhərin Səbail rayonunda ümumi sahəsi 50 m² olan birmərtəbəli 3 otaqlı evin zirzəmisində istifadəsiz ev əşyaları 24 m² sahədə yanıb, yüksək temperaturdan plastikdən ibarət qapı qarsalanıb. Ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.