Azərbaycan nefti ucuzlaşıb


Digərləri 10 May 2019 23:39:00 382 0

Azərbaycan nefti ucuzlaşıb

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti mayın 9-da 72,73 dollar/barel təşkil edib ki, bu da çərşənbə gününə olan göstəricidən 1,32 dollar/barel azdır.

Son.az xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 71,93 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,32 dollar/barel azdı

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 69,63 dollar/barel təşkil edib ki, bu, əvvəlki göstəricidən 0,72 dollar/barel azdır.