Azərbaycanda dəhşətli qəza


Digərləri 10 May 2019 22:22:00 177 0

Azərbaycanda dəhşətli qəza

Sumqayıltda ağır yol qəzası baş verib.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində "Mercedes" markalı minik avtomobili ilə "Shacman" markalı yük avtomobili toqquşub.

Hadisə yerinə cəlb olunan Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri "Mercedes" markalı minik avtomobilində sıxılı vəziyyətdə qalan 5 nəfərin (şəxsiyyətləri dəqiqləşdirilir) meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.