Çörək sexi yanıb


Digərləri 10 May 2019 21:18:00 246 0

Çörək sexi yanıb

Qazaxda yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, rayonun İkinci Şıxlı kəndində ümumi sahəsi 280 kv.m olan birmərtəbəli tikilinin (çörəkbişirmə sexi kimi fəaliyyət göstərir) plastikdən ibarət üzlüyü, tavanı və divarında quraşdırılan taxta piştaxtalar 150 kv.m sahədə yanıb.

Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.