Kanadada təyyarə tankerlə toqquşdu:


Dünya 10 May 2019 20:50:00 188 0

Kanadada təyyarə tankerlə toqquşdu:

Toronto Beynəlxalq Hava Limanında "Bombardier DHC-8-300" sərnişin təyyarəsi yanacaqdaşıyan tankerlə toqquşub.

Son.az qafqazinfo-ya  istinadən xəbər verir ki, layner eniş zamanı terminala gedən benzindaşıyana çırpılıb. Nəticədə 2 sərnişin, 3 heyət üzvü yaralanıb. Yaralılar xəstəxanaya çatdırılıb. Təyyarənin göyərtəsində 51 nəfər olub. Layner Toronto-Sadberi reysini həyata keçirirmiş.

Layner əlverişsiz hava şəraiti səbəbindən havaya qalxdıqdan bir neçə dəqiqə sonra hava limanına qayıtmaq məcburiyyəində qalıb.