Şəmkirdə yeniyetmə velosipeddən yıxıldı


Digərləri 10 May 2019 20:51:00 185 0

Şəmkirdə yeniyetmə velosipeddən yıxıldı

Şəmkirdə 16 yaşlı yeniyetmə velosipeddən yıxılaraq ağır xəsarət alıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Yeni həyat kəndi ərazisində baş verib.

Kənd sakini, 2003-cü il təvəllüdlü Qasımov Nizami Malik oğlu velosipedlə hərəkətdə olarkən uçuruma düşüb.

Ağır bədən xəsarətləri alan yeniyetmə xəstəxanaya çatdırılıb, vəziyyəti ağırdır.