Dünya Bankı: Azərbaycanda həyat şərtləri yaxşılaşıb, Ermənistanda və Gürcüstanda pisləşib


Digərləri 10 May 2019 20:33:46 240 0

Dünya Bankı: Azərbaycanda həyat şərtləri yaxşılaşıb, Ermənistanda və Gürcüstanda pisləşib

Son illərdə Cənubi Qafqaz ölkələri arasında daha çox Azərbaycan əhalisi həyat şəraitindən razıdır

Bakı. Sara İsrafilbəyova - Son illərdə Cənubi Qafqaz ölkələri arasında daha çox Azərbaycan əhalisi həyat şəraitindən razıdır. Trend bu barədə Dünya Bankının “South Caucasus in Motion” hesabatına istinadən məlumat verir. Hesabata əsasən, Azərbaycanda rəyi soruşulanların 43 faizi valideynlərinin dövrü ilə müqayisədə daha yaxşı yaşadığını deyib. 14 faiz şərtlərin dəyişmədiyini, 24 faiz isə şərtlərin daha pis olduğunu bildirib. Ermənistanda respondentlərin 62 faizi həyat şərtlərinin pisləşdiyini, 9 faizi dəyişikliklərin olmadığını və yalnız 26 faizi valideynlərindən daha yaxşı yaşadıqlarını bildirib.