Bakıda evdən 3200 dollar oğurlayan şəxs saxlanıldı


Kriminal 10 May 2019 20:30:00 214 0

Bakıda evdən 3200 dollar oğurlayan şəxs saxlanıldı

Paytaxtın Nəsimi rayonu ərazisindəki evlərin birindən pul oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, cari il yanvarın 16-da paytaxtın Nəsimi rayonu ərazisindəki evlərin birindən 3200 ABŞ dolları oğurlamaqda şübhəli bilinən Şəmkir rayon sakini N.İsmayılov Qazax RPŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq 22-ci Polis Şöbəsinə təhvil verilib.