Azərbaycanlı “vor zakon”lar “Quli”yə qarşı birləşdilər


Kriminal 10 May 2019 19:45:00 302 0

Azərbaycanlı “vor zakon”lar “Quli”yə qarşı birləşdilər

Azərbaycandan olan bir qrup "vor zakon" kriminal aləmdə "№ 1" hesab olunan "Lotu Quli"yə (Nadir Səlifov) müharibə elan edib. 

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, rəqiblər "Quli"ni nəinki Rusiyadakı obyektlərinə görə sıxışdırırlar, həm də ona qarşı ciddi iddialar və təhdidlər səsləndirirlər. Yaxın gələcəkdə münaqişənin "isti" mərhələyə keçmək təhlükəsi var.

Səlifova qarşı hərəkətə keçənlər "Rafiq Masallinski" (Rafiq Eyvazov), "Dato Ağcabədinski" (Cavid Məmədov), "Emin Hacıqabulski" (Emin Əhmədov), "Ceyhun Gəncinski" (Ceyhun Əsgərov), "Zaur Naxçıvanski" (Zaur Şipilov), eləcə də "Albert Rıji"dir (Əli Heydərov). 

Həbsdə son günlərini keçirən "Rıji" bunu təkbaşına həyata keçirir. Hüquq-mühafizə orqanlarındakı mənbənin sözlərinə görə, digər mafiozlar birlikdə hərəkət etməyə çalışırlar. Belə ki, onlar əvvəlcə Türkiyədə olublar, son zamanlar isə Yunanıstana toplaşıblar. 

Sayt yazır ki, bu, heç də təsadüfi deyil. "Dato Ağcabədinski"nin arxasında "Dato Kutaissi", " Raça", "Zaza" kimi güclü gürcü klanı dayanıb. Bildirilir ki, müxaliflər "Vaqif" ("Vaqif Süleymanov), "Arif" (Arif Mehdiyev), "Yunus Yasamalski" (Yunus Nəzərov) kimi nüfuzlu azərbaycanlı "qanuni oğru"ların dəstəyindən istifadə edirlər. 

"Lotu Quli"yə müxalif şəxslərə mərhum "kriminal general" "Rövşən Lənkəranski"nin (Rövşən Canıyev) "ailəsi"ndən güclü maliyyə dəstəyi göstərilir. O, 2016-cı ilin yayında İstanbulda qətlə yetilirib və "Lənkəranski"yə yaxın şəxslər bu hadisədə "Quli"nin əli olduğunu ehtimal edirlər.