“Anadolu” agentliyinin fotomüxbiri uçuruma düşdü FOTO


Dünya 10 May 2019 19:48:43 246 0

“Anadolu” agentliyinin fotomüxbiri uçuruma düşdü  FOTO

"Anadolu" agentliyinin fotomüxbiri Əbdülqədir Niaşncı dünyanın ən təhlükəli yollarından biri kimi tanınan Soğanlı Dağı Dərəbaşında çəkiliş apararkən uçuruma düşüb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, Bayburt-Trabzon arasında 3 min 500 metr hündürlükdə yerləşən dağda yol genişləndirmə işlərini lentə alan Nişancının çəkiliş zamanı ayağının altındakı qar kütləsi uçub. Jurnalistin kamerası, fotoaparatı və şəxsiyyət vəsiqəsi tapılsa da, özünün axtarışları davam etdirilir.

Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) və təcili yardımın 100-dək əməkdaşı axtarış aparır. Jurnalistin tapılması üçün dronlardan, helikopterdən və izsürən "Qurbət" adlı itdən də istifadə edilir.


Xəbərə aid fotolar