Bakı Şəhər Prokurorluğunda Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib FOTO


Digərləri 10 May 2019 19:29:00 234 0

Bakı Şəhər Prokurorluğunda Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib  FOTO

Bakı Şəhər Prokurorluğunda xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş mərasim keçirilib.

Bakı Şəhər Prokurorluğundan Son.az-a verilən məlumata görə, tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin şəhər prokurorluğunun inzibati binasındakı büstü önünə əklil və gül dəstələri qoyub, unudulmaz xatirəsini ehtiramla yad ediblər.

Mərasimdə çıxış edən Bakı şəhər prokuroru İlqar Abbasov diqqətə çatdırmışdır ki, görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi, Azərbaycan Milli dövlətçiliyini bütün təhlükələrdən xilas edib qoruyan və inkişaf etdirən qüdrətli şəxsiyyət kimi Heydər Əliyevin həyat və fəaliyyəti müasir tariximizin ən mühüm və şərəfli mərhələsini təşkil edir. Təsadüfi deyildir ki, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illər tariximizin qızıl dövrü kimi yaddaşlara həkk olunmuşdur.

Heydər Əliyev nadir tarixi şəxsiyyətlərdəndir ki, Azərbaycanı böyük bir fəlakətdən xilas etmiş, sonra isə dövrün tələblərinə yüksək dərəcədə cavab verən müstəqil demokratik dövlət quruculuğu konsepsiyasını işləyib hazırlamaqla Azərbaycanın dünyada layiqli yerini tutması üçün uzun illər çalışmış, bununla da müstəqil Azərbaycanın memarı və qurucusu kimi tarixdə öz əbədi yerini tutmuşdur.

Ümummilli liderin rəhbərliyi ilə 1998-ci il 28 noyabr tarixdə prokurorluq orqanlarının yaradılmasının 80 illik yubileyinə həsr edilmiş təntənəli yığıncaqdakı tarixi nitqində verdiyi tapşırıq və tövsiyələr prokurorluq orqanlarını fəaliyyəti üçün proqram əhəmiyyətinə malik olmuşdur.

Diqqətə çatdırılmışdır ki, hər bir prokurorluq əməkdaşında qürur hissi doğuran haldır ki, Heydər Əliyev siyasi kursunu və strateji inkişaf konsepsiyasını uğurla davam etdirən Prezident İlham Əliyev tərəfindən prokurorluğun fəaliyyəti dünya standartları səviyyəsində təkmilləşdirilir, prokurorluq orqanlarına hərtərəfli qayğı və diqqət göstərilir.


Xəbərə aid fotolar