ABŞdan Çinə 25%lik gömrük vergisi


Dünya 10 May 2019 19:07:00 324 0

ABŞdan Çinə 25%lik gömrük vergisi

ABŞ və Çin arasında iqtisadi müharibə yenidən gərginləşir.

Son.az qaynarinfo-ya istinadən xəbər verir ki, ABŞ 200 milyard dollarlıq Çin məhsuluna tətbiq edilən 10% gömrük vergisini 25%-ə yüksəldib. Rəsmi Vaşinqton addımı Çinlə davam edən iqtisadi danışıqlarda irəliləyiş əldə edilməməsi ilə əsaslandırıb. Rəsmi Pekin isə bu qərara görə təəssüf hissi keçirdiyini və lazımi cavabın veriləcəyini bəyan edib.