Azərbaycan Universitetində ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb FOTO


Digərləri 10 May 2019 18:45:00 207 0

Azərbaycan Universitetində ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb  FOTO

Azərbaycan Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə anım tədbiri keçirilib.

Universitetdən Son.az-a verilən məlumata görə, tədbir iştirakçıları səhər saatlarında Fəxri Xiyabanı ziyarət edərək ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar. Universitetin tədris binasının foyesində ümummilli liderin büstü önünə əklil qoyulub, xatirəsi ehtiramla yad edilib.

Universitetin tədris binasında keçirilən anım tədbirində universitet rəhbərliyi, professor-müəllim heyəti, inzibati heyət və tələbələr iştirak edib.

Tədbirdə ümummilli liderin hakimiyyətinin hər iki dövründə Azərbaycanın iqtisadi, sosial və mədəni tərəqqisi, dövlət quruculuğu, müstəqilliyin qorunub saxlanması və möhkəmləndirilməsi, dövlətimizin beynəlxalq nüfuzunun gücləndirilməsi sahəsində gördüyü işlərə nəzər salınıb. Qeyd olunub ki, müasir və müstəqil Azərbaycan ümummilli lider Heydər Əliyevin ən böyük əsəridir. Azərbaycanın ən yeni tarixinin uğurları və inkişafı onun adı ilə birbaşa bağlıdır.

Tədbirin qonağı, tanınmış jurnalist, "İstanbuldan salamlar" verilişinin aparıcısı, uzun müddət ümummilli liderin yaxın əhatəsində olan, ondan çoxsaylı müsahibələr götürən professor Etibar Babayev Heydər Əliyevlə bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşüb.


Xəbərə aid fotolar