Ötən gecə öldürülən “Emin 444”ün FOTOları


Digərləri 10 May 2019 18:49:22 329 0

Ötən gecə öldürülən “Emin 444”ün FOTOları

Xəbər verdiyimiz kimi, Binəqədidə kriminal aləmin üzvü kimi tanınan Səfərov Emin Ehtiram oğlu ("Emin 444") ötən gecə maşınında bıçaqlanaraq öldürülüb. 

Son.az unikal.org-a istinadən xəbər verir ki, "BMW X5"inin nömrəsi ləqəbi ilə üst-üstə düşən (99 XE 444) Emin Səfərov "Qəbələ" idman klubunun və Azərbaycan MMA Federasiyasının üzvü olmuş "Ziko" ləqəbi ilə tanınan Ziyadxan Sədiyevin yaxın dostu olub. 

Emin Səfərov Cinayət Məcəlləsinin 228-ci (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 221-ci (xuliqanlıq) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələrinə görə məhkum olunub.

Qətlə yetirilən Emin Səfərovun fotolarını təqdim edirik:


Xəbərə aid fotolar