Gəncədə quş oğrusu tutuldu


Kriminal 10 May 2019 18:34:00 292 0

Gəncədə quş oğrusu tutuldu

Nizami (Gəncə) RPİ-nin əməkdaşları tərəfindən ötən il iyunun 14-də rayon ərazisindəki həyətyanı sahələrin birindən 9 ev quşu oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş T.Atakişiyev saxlanılıb.

Bu barədə Son.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.

Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun rayon ərazisindəki 6 evdən məişət əşyaları və inşaat materialları oğurlaması da müəyyən edilib.