Moskvada “Ferrari” qəza törətdi


Digərləri 10 May 2019 18:23:00 258 0

Moskvada “Ferrari” qəza törətdi

Moskvanın cənub-şərqində "Ferrari" markalı avtomobilin iştirakı ilə yol qəzası baş verib.

Son.az oxu.az-a istinadən xəbər verir ki, müşahidə kamerası tərəfindən qeydə alınmış video "DTPşka" adlı Telegram kanalında yayılıb.

Məlumata görə, hadisə Rusiya paytaxtının Privolnaya küçəsində baş verib.

Avtomobilin idarəetmənin itirilməsi nəticəsində əks hərəkət zolağına çıxdığını və qarşıdan gələn "Volkswagen" markalı avtomobilə toqquşduğunu görmək olur. Zərərçəkənlərin olduğu bildirilsə də, təfsilatlar açıqlanmır.