"Azərxalça"nın filiallarında ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü qeyd olunub (FOTO)


Digərləri 10 May 2019 17:54:00 207 0

"Azərxalça"nın filiallarında ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü qeyd olunub (FOTO)

“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin filiallarında ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş tədbirlər keçirilib.

Bakı. “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin filiallarında ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş tədbirlər keçirilib. “Azərxalça”dan Trend-ə verilən məlumata görə, əvvəlcə ulu öndərimizin şəhər və rayon mərkəzlərindəki abidəsi ziyarət olunub. Tədbirlərdə bildirilib ki, hər il ümummilli liderimizin doğum gününü xalqımız yüksək bayram əhval-ruhiyyəsi ilə qeyd edir. Müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti çoxəsrlik dövlətçilik tariximizdə mühüm yer tutur. O, mənalı həyatını müstəqil Azərbaycan dövlətinin yaradılmasına, ölkəmizin inkişafına həsr edib. “Mən balaca bir evdə, zəhmətkeş ailədə, bir yaz günü dünyaya göz açmışam. Anadan olanda, yəqin ki, beş-on, uzağı otuz-qırx nəfər sevinib. İndi, bəlkə də, bir o qədər qeyri-təvazökar səsləndi, amma deməliyəm ki, anam məni bütövlükdə Azərbaycanımız üçün dünyaya gətirib. Doğma, canım-varlığım qədər sevdiyim Azərbaycanım mənim qibləgahımdır. Bütün şüurlu ömrümü onun inkişafına, tərəqqisinə həsr etmişəm.”, – deyən ulu öndərimiz həyatını Azərbaycan naminə mübarizəyə həsr edərək xalqımızın tarixində və taleyində silinməz izlər qoyub. Qeyd olunub ki, 1969-cu ildə dahi rəhbər Heydər Əliyevin ölkəmizə rəhbər seçilməsi Azərbaycanda kompleks inkişafa təkan verib. Əgər 1969-cu ilədək Azərbaycan ittifaq dövlətləri arasında inkişaf tempinə görə ən geridə qalmış ölkə kimi səciyyələndirilirdisə, 70-80-ci illərdə ulu öndərin rəhbərliyi ilə ölkəmiz keçmiş SSRİ-nin sürətlə inkişaf edən respublikasına çevrilib. Ümummilli liderimiz 1969-1982-ci illərdə Azərbaycanda güclü iqtisadi potensial yaratmaqla ölkəmizin gələcək müstəqilliyinin əsasını qoyub. Bu mənada ulu öndərimizin 1969-cu ildə hakimiyyətə gəlişindən sonrakı dövr, əslində, Azərbaycanı müstəqil dövlət quruculuğuna aparan yolun başlanğıcıdır. Bu inkişaf və tərəqqi salnaməsinin yazıldığı illər ötən əsrin 90-cı illərinin əvvəllərində öz yerini dağıdıcılıq dövrünə buraxdı. Həmin dövrdə cərəyan edən ölkə­daxili və regional siyasi proseslər Azərbaycanı uçurumun bir addımlığına gətirib çıxardı. Belə bir şəraitdə ulu öndərin Azərbaycanda siyasi hakimiyyətə qayıdışı tarixi zərurətə çevrilmişdi. Ölkənin vətəndaş qarşıdurması, iqtisadiyyatın isə iflic vəziyyətində olduğu vaxtda bütün məsuliyyəti çiyinlərinə götürən, öz missiyasını xalqa və dövlətə xidmətə həsr edən ümummilli liderimizin 1993-cü il iyunun 15-də Azərbaycanda ali hakimiyyətə qayıdışı dövlətçilik tariximizin şanlı səhifəsini təşkil edir. 1993-cü ildə məhv olmaq təhlükəsi ilə üzləşən Azərbaycanı ulu öndərimiz Heydər Əliyev xilas edib, müstəqilliyimizi qoruyub saxlayıb. Ümummilli liderimizin qayğısı ilə bütün sahələr inkişaf etdirilib. Ulu öndərimiz xalçaçılığa da ikinci həyat verib, bu sahənin inkişafı üçün mühüm tədbirlər həyata keçirib. Vurğulanıb ki, dahi şəxsiyyət hələ sovet dövründə xalqımızın tarixinin öyrənilməsində əvəzsiz vasitələrdən biri olan xalçaçılığın yaşadılması, inkişafı istiqamətində mühüm tədbirlər həyata keçirib. XX əsrin 70-ci illərində Azərbaycanda Xalça Muzeyinin yaradılması, bu sahə ilə məşğul olan tədqiqatçıların, xalçaçıların diqqət və qayğı ilə əhatə edilməsi ümummilli liderimizin müstəqil Azərbayacanın qurulması yolundakı mühüm xidmətlərindən biridir.