Bakı avtovağzalında sərnişinlər üçün yeni xidmət yaradıldı FOTO


Digərləri 10 May 2019 17:33:00 228 0

Bakı avtovağzalında sərnişinlər üçün yeni xidmət yaradıldı  FOTO

Bakı Beynəlxalq Avtovağzal Kompleksinin (BBAK) köməkçi sahəsində bir neçə müddət öncə fəaliyyətə başlayan Nəqliyyat Qovşağında sərnişinlər üçün yeni xidmət yaradılıb.

BBAK-dan Son.az-a verilən məlumata görə, sərnişinlər yüklərini bir yerdən başqa yerə onlar üçün nəzərdə tutulan arabalarla və pulsuz şəkildə daşıya bilər.

Arabalar Nəqliyyat Qovşağında onlar üçün nəzərdə tutulan xüsusi yerlərdə yerləşdirilib.

BBAK Sərnişinlərdən arabaları istifadə etdikdən sonra digər sərnişinlərin də xidmətdən istifadə edə bilməsi üçün təyin olunan yerdə saxlamalarını xahiş edir: "Hazırda 20 araba mövcuddur, bir neçə günə sayı artırılacaq!"


Xəbərə aid fotolar